Cəlilabadda qohumlar yol üstündə əlbəyaxa oldu

Cəlilabadda 45 yaşlı kişi yaxın qohumları tərəfindən döyülüb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, rayonun Alar kəndində qohumlar arasında yol üstündə yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

 

1975-ci il təvəllüdlü kənd sakini, Zaur Quliyev həyətyanı sahəsindən təsərrüfat texnikasının keçməsinə icazə vermədiyi üçün qohumları tərəfindən döyülüb. 

 

“Gəldilər əllərində taxta, armatur, plastik su borusu ilə bizə hücum etdilər. Biz ata-bala ikimiz idik, öz həyətimizdə. Darvazanın qarşısında. Sonra o yandan biri gəldi - Quliyev Ələmdar Təvəkkül oğlu. Daş parçası və şpal sınığı ilə atamın başına ağır xəsarət yetirdi”.

 

Zərərçəkmiş hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edib və burada halı pisləşib. Zaur Quliyev polislər tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra onun kəllə qapağında çoxsaylı sınıqların olduğu müəyyən edilib. Zaur Quliyevin vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv