Cəlilabadda saxlanılan maşından 4 kq-a yaxın narkotik tapıldı

Cəlilabadda 3 kiloqramdan artıq müxtəlif növ güclü təsiredici narkotik vasitələr və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında rayonun Qarazəncir kəndi ərazisində əməliyyat tədbiri keçirib.

 

Əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Samir Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri Rövşən Quluoğlu, Novruz Novruzov və Ağdaş rayon sakini Orxan Mehdizadə saxlanılıblar. Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 2 kiloqrama yaxın heroin, 462 qram tiryək və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.


Tural Kərimov

Rövşən Əzimov

Cəlilabad

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv