Cəlilabadda toy mərasimi keçirənlər cərimələndi

Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Qarağac kənd sakini Cəbrayıl Həsənovun karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına və iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub. 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

Müəllif | Apa.Tv
Apa.tv