Cəlilabadda yol qəzasında iki nəfər ölüb

 

Axşam saatlarında Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV – nin yerli bürosu xəbər verir ki, baş verən ağır avtoqəzada iki hərbiçi dünyasını dəyişib. Qəza hadisəsi köhnə Ələt - Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Sürücü Mübariz Aslanov, idarə etdiyi VAZ – 2107 markalı avtomobillə Astara rayonu istiqamətində hərkətdə olarkən, avtomobil anidən yoldan çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Mübariz Aslanov və sərnişin İslam Musayev hadisə yerində dünyasını dəyişiblər. Hər 2 meyit müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, qəzada dünyasını dəyişənlər Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsin zabitləri olub.Faktla bağlı araşdırma aparılır. Qəzanın hansı səbəbdən baş verməsi dəqiqləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv