Çempionlar Liqasında “Qarabağ” zəfəri

 

İyulun 19-da Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda qələbə qazanıb. Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda “Linkoln”u (Cəbəllütariq) qəbul edib. Oyunun 7-ci dəqiqəsində “Qarabağ” klubu hesabı açıb. Abdullah Zubir adını tabloya yazdırıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Azərbaycan çempionu yenidən rəqib qapısına yol tapıb. Bu dəfə Bəhlul Mustafazadə hesab arasındakı fərqi artırıb 2-0 “Qarabağ” ikinci hissəyə də üstün başlayıb. Görüşün 49-cu dəqiqəsində “Qarabağ”ın hücumçusu Redon Cica rəqibi meydanın mərkəzinə dəvət edib. 3-0. Matçın 62-ci dəqiqəsində Marko Yankoviç Ağdam təmsilçisinin dördüncü topunu “Linkoln”un qapısından keçirib. Beləliklə, görüş “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Polşa çempionu “Rakuv” olacaq. Polşa klubu birinci mərhələdə Estoniyanın “Flora” komandasından üstün olub.

Müəllif | Apa.Tv
Apa.tv