Cənubi Qafqazda nəsli 1937-ci ildə kəsilən heyvanlar İsmayıllıda

İsmayıllı rayonunun Buynuz kəndi ərazisində bu qəribə heyvanlara rast gəlsəniz nə qorxuya, nə də heyrətə düşməyin. Onlar bir zamanlar vətənimizdə də mövcud olduğu sübut olunan Zubrlardır. Almaniyadan gətirilən bu heyvanlar Cənubi Qafqazda ən böyük əraziyə malik olan Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisindəki hissəsində  çoxaldılır. Zubrlar adaptasiya dövrünü keçdikdən sonra parkın ərazisinə buraxılır.

Parkın ərazisində Zubrlarla yanaşı maralların da mövcuddur. Müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malik olan bu marallar kiçik dəstələrlə gəzir. Nəsli kəsilməkdə olan bu heyvanlar milli park ərazisində adaptasiya keçdikdən sonra yenidən dağlarımızı və meşələrimizi bəzəyəcək.

Qeyd edək ki, ümumi ərazisi 130508 hektar olan Şahdağ Milli Parkının 44 min hektarı İsmayıllı bölməsinin payına düşür. Parkın bitki örtüyü və heyvanlar aləmi çox zəngindir.

Qeyd edək ki, Zubrların nəsli Cənubi Qafqazda 1937-ci ildə kəsilib.

Müəllif | Apa.Tv
Apa.tv