Ceyhun Bayramov Prezidentə nəyə görə təşəkkür etdi?
Bu gün ADA Universitetində "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda konfrans keçirilib. Tədbirdə ADA universitetinin rektoru Hafiz Paşayev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak edib. Tədbirdə çıxış edən Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə qorumaq üçün əlimizdən gələni bundan sonra da edəcəyik. Nazir həmçinin bildirib ki, Azərbaycanın regionda sülh siyasəti yeni dövrün başlanğıcıdır. Rəsmi çıxışlardan sonra “Heydər Əliyev Azərbaycanın xarici siyasəti mövzusunda” foto-sərgiyə baxış keçirilib. Konfrans panel müzakirələri ilə davam edib. AYNUR QARA KAMRAN NAMAZOV APA TV