Ceyhun Bayramov Rusiyalı həmkarı ilə görüşəcək – MOSKVADA
Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.
M. Zaxarova Rusiya Xarici İşlər nazirinin iclas çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını bildirib.