Çəyirtkələr bu 2 ölkəni işğal etdi

 

Milyonlarla çəyirtkə...

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Somali və Efiopiya əraziləri adı çəkilən həşəratların hücumuna məruz qalıb. Ən çox zərərçəkən isə fermerlərdir. Artıq rəsmi qurumlar da kənd təsərrüfatına - əkin-biçinə qənim kəsilən çəyirtkələrə qarşı müharibə elan edib.

 

10 min hektarlarla sahədə əkilən meyvə-tərəvəz isə artıq məhv olub: “Çəyirtkələr hər yeri işğal edib, hər şeyi yeyirlər. Ailələrimiz ac qalacaq, belə getsə, heç bazardan da almağa bir şey olmayacaq”. Çəyirtkələrin vurduğu zərər bu yaxınlarda regionda uzun müddət davam edən leysan və daşqının fəsadlarından daha ciddidir.

Müəllif | Apa.Tv
Apa.tv