Ceyranbatan su anbarının yaxınlığında yanğın - FHN-İN HELİKOPTERLƏRİ HAVADA
Abşeronda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən xəbərə görə, hadisə rayonunun Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının yaxınlığında qeydə alınıb.
Su anbarının ətrafında olan quru ot və kol-kos naməlum səbəbdən yanmağa başlayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası, eləcə də Aviasiya dəstəsinin 2 ədəd helikopteri alovun söndürülməsi üçün hadisə yerinə cəlb olunub.
Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.
Yanğının hansı səbəblərdən baş verməsi hələ ki, məlum deyil.
Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.