“Chevrolet”lə avtoxuliqanlıq etdi, 15 gün həbs edildi
Lənkəranda çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə etməklə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Vüsal Salmanzadə yaxalanıb. O, idarə etdiyi “Chevrolet” markalı avtomobillə çoxavazlı səs siqnalından və sayrışan işıqlardan istifadə etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücü barəsində tərtib olunmuş inzibati protokol aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib: “Çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edirdim. Axşam vaxtı polis əməkdaşları görüb saxladı, gətirdilər şöbəyə. Bir də belə hərəkətlərə yol vermərəm”.
Rayon Məhkəməsinin qərarı ilə Vüsal Salmanzadənin nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətində məhdudlaşdırılıb və o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV