Cibgirlik edən Tovuz rayon sakini yaxalandı

Tovuz polisi paytaxt Bakıda vətəndaşlara qarşı dələduzluq və cibgirlik edən şəxsi saxlayıb.

DİN mətbuat xidmətinin Gəncə Regional Qrupundan APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində 37 yaşlı Tovuz rayon Xatınlı kənd sakini Kərim Kərimov oğurluq hadisəsi törətməkdə şübhəli bilinərək yaxalanıb.

Onun üzərinə baxış zamanı Tərtər sakini 62 yaşlı Bəhmən Məmmədova məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Samsung” markalı mobil telefon, Gürcüstanın Bolnisi rayonunda anadan olan 34 yaşlı Arzu Kərimovaya məxsus doğum haqqında şəhadətnamə və 6 ədəd fotoşəkil, Şəmkir rayon sakini 44 yaşlı Eldəniz Həsənova məxsus şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu aşkar edilərək götürülüb.

Kərim Kərimov həmçinin Bəhmən Məmmədovun cibindən 120 manat pulunu da götürərək xərcləyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv