Çili yazıçısı koronavirusdan öldü
Çilidən olan yazıçı Luis Sepulveda koronavirusdan ölüb.
APA TV-nin "France 24"ə istinadən verdiyi xəbərə görə, 71 yaşlı yazıçı İspaniyanın şimalında Oviedo şəhərindəki xəstəxanada dünyasını dəyişib.
Ömrünün çox hissəsini Avropada mühacirətdə keçirən, əsərləri ölkəsində və kənarda ən çox satılan çilili müəllif Portuqaliyada keçirilən kitab festivalından qayıtdıqdan sonra onda COVID-19-un simptomları aşkar olunub.
Yazıçı fevralın 25-də xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Luis Sepulveda 1949-cu ildə Çilidə anadan olub.