Çin koronavirusun “vətəni” olan şəhərdə karantini ləğv edir

Çin hakimiyyəti martın 25-də koronavirusun episentri olan Hubey əyalətinə giriş və çıxış məhdudiyyətlərini aradan qaldıracaq.

 

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, bölgədə epidemioloji vəziyyətin yaxşılaşması müşahidə edilir.

 

Əyalətin inzibati mərkəzi və koronavirusun “vətəni” sayılan Uhan şəhərində isə məhdudiyyətlər aprelin 8-də aradan qaldırılacaq. Uhan sakinlərinə şəhər və vilayət xaricində səyahətə icazə veriləcək. Artıq səhhətində problem olmayan sakinlərə də işə getmək icazəsi verilib. Məktəblər isə hələ ki bağlı qalacaq. Uhanın yerli idarələri nəqliyyatın yenidən işə salınması üçün hazırlıq tədbirləri aparır.

 

Qeyd edək ki, Uhan və Hubey əyalətində karantin yanvarın 23-dən qüvvədə idi.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv