ÇİN Rusiyanın hərbi yardım istəməsi ilə bağlı xəbərə aydınlıq gətirdi

Çin Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ukraynadakı hərbi əməliyyatlar üçün Pekindən hərbi yardımı istəməsi ilə bağlı xəbərləri təkzib edib.

 

APA TV “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin XİN-in müntəzəm brifinqində bildirilib.

 

Çin XİN-in mətbuat katibi Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün Çindən hərbi yardım istəməsi ilə bağlı xəbərlərin ABŞ-ın dezinformasiyası olduğunu vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv