Cinayətdən zərərçəkənlər niyə aidiyyəti orqanlara müraciət etmir?

Azərbaycanlı tədqiqatçılar İnqilab Şahbazov, Zaur Əfəndiyev və Ayşəm Balayevanın həmmüəllifliklə apardıqları sosioloji tədqiqatın nəticələri Scopus-da indekslənən Journal of White Collar and Corporate Crime jurnalında nəşr edilib.

 

APA TV xəbər verir ki, tədqiqat aşağıdakı suallara cavab axtarılıb;

 

- Hansı növ zərərçəkənlər aidiyyəti orqanlara müraciət edir?

 

- Cinayətdən zərərçəkənlər niyə aidiyyəti orqanlara müraciət etmir?

 

Sorğu 1214 nəfər arasında keçirilib. Nəticələrin analizi zamanı əsas diqqəti bir neçə ‘‘ağ-yaxalıqlı’’ cinayətlər çəkib. Onlar analizdə iki qrupa bölünüb - maliyyə/iqtisadi və digər cinayətlər. Həmin cinayətlərdən 186 nəfər zərər çəkib. Onlar ümumilikdə 261 müxtəlif qanun pozuntusu ilə üzləşdiyini qeyd ediblər.

 

Qanun pozuntuları arasında ən geniş yayılan üçü isə bunlar olub. Keyfiyyətsiz qidadan zəhərlənmək (50%), maliyyə dələduzluğu (34.4%) və vəzifəli şəxsin qeyri-qanuni ödəniş tələb etməsi (30%).

 

Zərərçəkənlərin 71%-i bu barədə aidiyyəti orqanlara müraciət etməyib. Əsas səbəb kimi məsələnin tərəflər arasında həll edilməsi göstərilib (41%). 

 

Aparılan reqressiya analizlərinin nəticələrinə əsasən, dəyən maddi zərərin daha yüksək olduğu hallarda, cinayət barədə aidiyyəti orqanlara müraciətin edilmiş olma ehtimalı artır. Yalnız qeyri-iqtisadi cinayətlərə xas olan hal kimi, aylıq gəlir səviyyəsi ilə qanun pozuntusu barədə şikayət etmək qərarı arasında tərs mütənasib əlaqə aşkarlanıb.

 

Müəlliflər nəzərə çatdırır ki, onların işi dünyada üçüncü, Qərb dünyasından kənarda isə birinci məqalədir ki, bu yanaşmanı tətbiq edib.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv