Çindən Türkiyəyə təxliyə edilən soydaşlarımızda koronavirus aşkarlanmayıb

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb

 

APA TV-nin Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib.

 

Diplomatın sözlərinə görə, Çindən Türkiyəyə təxliyə edilən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşları hazırda karantin altındadır. Hazırkı məlumata əsasən, onların heç birində koronavirus aşkarlanmayıb. Təxliyə edilən şəxslər həkim nəzarətindədir.

 

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub. 

 

Müəllif | Apa.Tv
Apa.tv