“Cini şüşədən Qərb çıxardı” - Putin

“Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib. Onun sözlərinə görə, Qərb Ukraynaya nə qədər çox uzaq mənzilli sistemlər verərsə, Rusiya bu təhdidləri öz sərhədlərindən bir o qədər uzaqlaşdıracaq. O çıxışında Ukraynadakı müharibəni xüsusi əməliyyat adlandırıb və bildirib ki, bu, Rusiya Federasiyasının müdafiəsi və nasist təhlükəsini aradan qaldırmaq üçün başlayıb. Putin Qərb ölkələrini fırıldaqçılıqda da ittiham edib.

Rusiya Prezidenti ölkəsinin Ukrayna xalqı ilə müharibə aparmadığını bildirib və qeyd edib ki, Ukrayna xalqı Kiyev və Qərb hakimiyyətinin girovuna çevrilib. Putin vurğulayıb ki, Cini şüşədən çıxaran”ın Qərb olduğunu dünyada heç kim unutmayıb. Hazırda isə Qərb Ukraynadan həm Rusiyaya qarşı taran, həm də poliqon kimi istifadə edir. Kiyev rejimi öz ölkəsinin deyil, üçüncü dövlətlərin maraqlarına xidmət edir. Ukraynada münaqişənin alovlanması və qurbanlar üçün məsuliyyət Qərbin və Ukrayna xalqının yad olduğu Kiyev rejiminin üzərinə düşür – deyə Putin əlavə edib.

Putin Vaşinqtonun nüvə silahının təbii sınağı haqqında düşündüyü barədə məlumatların olduğunu deyib. Və qeyd edib ki, ABŞ bunu ilk etsə, Rusiya Müdafiə Nazirliyi və Rosatom Rusiyanın nüvə silahlarını sınaqdan keçirməyə hazır olduğunu təmin etməlidir.

Ölkə iqtisadiyyatı ilə bağlı da çıxış edən Vladimir Putin qeyd edib ki, Rusiya Federasiyası sanksiyalar fonunda iqtisadiyyatı dəstəkləmək üçün emissiya hesabına deyil, möhkəm bazar əsasında 1 trilyon rubldan çox vəsait yönəldib. Onun sözlərinə görə, Rusiya Federasiyasının beynəlxalq hesablaşmalarında rublun payı 2021-ci ilin dekabr ayı ilə müqayisədə iki dəfə artıb. Putin qeyd edib ki, dollar və digər Qərb valyutaları Qərbin özünün siyasəti nəticəsində universal xarakterini itirəcək

Müəllif | Apa.Tv
Apa.tv