Çoban ferma yiyəsinin oğlunu öldürdü, sonra yandırdı
Noyabrın 18-i gecə saatlarında Tovuz rayonun Aşağı Öysüzlü kəndində, "Ağ dağ" deyilən ərazidə rayon sakini Habil Məmmədova məxsus fermada yanğın baş verib. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış cəsədi aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək, daha sonra izləri itirmək məqsədi ilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılıb, istintaqa təhvil verilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Kənd sakinlərinin dediyinə görə, 35 yaşlı rayon sakini Eldar İbrahimov ferma sahibinin oğlu 25 yaşlı Nicat Məmmədovu qətlə yetirərkən sərxoş olub. O, Məmmədovu dəmirlə yataqda vuraraq qətlə yetirib. İzi itirmək üçün cəsədə od vuraraq yandırıb. Eldar İbrahimov hadisəni törədəndən sonra yanğın söndürənləri çağırmaq üçün əl-ayağa düşüb.