"Çöndüm ki, qızım qışqırır: ay ana, qaqaş batdı" - UŞAĞIN son durumu

Son vaxtlar, xüsusən azyaşlılar arasında hovuzda boğulma halları artıb. "MEGACITY" Fitness və Spa mərkəzindəki hovuzda 4 yaşlı Gülay Məmmədlinin boğularaq ölməsi də belə hadisələrdəndir. Bu dəfə 8 yaşlı Bəkir Şirinzadədən bəhs olunacaq. Belə ki, iyulun 20-də o da boğulma təhlükəsilə üzləşib. Vəziyyəti pis olan Bəkir təcili yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə gətirilib və azyaşlının hazırda reanimasiyada olduğu bildirilir. “uşağin vəziyyətindən danişir. orta ağir vəziyyətdədir.” Azyaşlının anası ölüm riskinə səbəb kimi Goradildə yerləşən (Abşeron rayonu) Sərhədçi İstirahət Mərkəzindəki hovuzda nəzarətsizliyi göstərir. DİN-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Bu barədə azyaşlının valideyni polisə məlumat verib. Hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis idarəsinin 43-cü Polis Bölməsində faktla bağlı araşdırma başlanılıb. Xüsusən də azyaşlıları hovuzda tək buraxmaq, təhlükəsizlik qaydalarına əməl etməmək, faciələrə və xoşagəlməz hadisələrə səbəb olur. Həm nəzarətçilər, məşqçilər, həm də valideynlər, istənilən yerdə hovuz varsa təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Məşqçi onu da vurğuladı ki, hərkəs istədiyi kimi hovuza girməməlidir. çünki elə xəstələr var ki, xüsusi nəzarət altında hovuzda üzə bilərlər. Bəzi dəri xəstəlikləri olan adamlar isə ümumi hovuza girə bilməz. Başqa xoşagəlməz hadisələrin olmamağı üçün də həkimdən sağlamlıq haqqında arayışı almaq lazımdır. AYNUR QARA ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv