COVID-19-a qarşı iki vaksinin birgə tətbiqinin sınağına icazə verilib - AZƏRBAYCANDA

Fevralın 8-də Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə verib.

 

Səhiyyə Nazirliyindən APA TV-yə bildirilib ki, bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.

 

Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

 

Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv