CR7 yenə seçildi - bugünə qədər heç bir oyunçu belə yüksək gəlir əldə etməyib

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu bu klubla artıq 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Daha əvvəl Ronaldonun "Əl-Nəsr"də ilinə 200 milyon avro qazanacağı bildirilirdi. Yerli media xəbər verir ki, 75 milyonunu futbolçu kimi, digər 125 milyonunu isə kommersiya haqları və Səudiyyə Ərəbistanının futbol səfiri qismində qazanacaq. Bildirilir ki, futbol tarixində bugünə qədər heç bir oyunçu şəxsi müqaviləsi əsasında bir ilinə belə yüksək gəlir əldə etməyib. Qeyd edək ki, Kriştianu Ronaldonun son klubu qalmaqallı müsahibədən sonra müqaviləyə xitam verilən "Mançester Yunayted" olub.

Müəllif | Apa.Tv
Apa.tv