Dağlıq Qarabağda daha bir erməni əsgəri öldü
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əsgər intihar edib.
APA TV-nin erməni saytlarına istinadən məlumatına görə, hadisə noyabrın 4-də, axşam saatlarında qeydə alınıb.
2000-ci il təvəllüdlü Erik Arutyunyanın meyiti tapılıb, onun özünü öldürdüyü ehtimal edilir.
İstintaq gedir.