Daha 102 ailə Füzulidə: “Ağlaya-ağlaya getmişdik, gülə-gülə qayıtdıq”

 Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün səhər saatlarında “Qobu park 3” yaşayış kompleksindən yola düşən yeni ailələr artıq öz mənzillərinə yerləşiblər. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Doğma yurda qovuşmağın sevincini yaşayan ailələr öz hisslərini APA TV ilə bölüşüblər. 31 il sonra ata-baba yurdlarına köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Qeyd edək ki, yeni köçürülən ailələrlə birlikdə artıq Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib. Emin Babayev, Fəzail Səfərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv