Daha 169 nəfər COVID-19-dan sağalıb, 155 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib, aktiv xəstə sayı 2303 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9715, ötən müddət ərzində isə ümumilikdə 2 495 198 test aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv