Daha 547 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü – 291 NƏFƏR SAĞALDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 14 852 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7274 test aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv