Daha 556 nəfər koronavirusa yoluxdu – 7 NƏFƏR VƏFAT ETDİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ötən müddət ərzində isə ümumilikdə 482 170 test aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv