Daha 572 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR VƏFAT ETDİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 572 yeni yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib,

8 031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 976, ötən müddət ərzində isə ümumilikdə 495 828 test aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv