Daha 96 nəfər Laçın şəhərinə yola salınıb
Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Bu gün də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə daha 96 nəfər olmaqla, 25 ailə köçürülüb. Köçürülən ailələr Laçın şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Qeyd edək ki, bununla da Laçın şəhərində 1052 nəfər olmaqla, 272 ailənin daimi məskunlaşması təmin edilib.
ORXAN ASLAN HƏZRƏT BAYRAMLI APA TV