Daha bir ağır qəza: İKİ NƏFƏR ÖLDÜ. DÖRD NƏFƏR YARALANDI

Ələt-Astara magistralında mikroavtobusla "KamAZ" toqquşub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
APA TV-nin Mil-Mğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 73-cü kilometrliyində Salyan rayonunun Şorsulu kəndinin ərazisində qeydə alınıb. “Ford” markalı mikroavtobusun “KamAZ”a çırpılması nəticəsində Masallı rayon sakini, 59 yaşlı Hüseyn Dadaşov hadisə yerində ölüb. Hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən Mais Razzaquliyev isə tibb müəssisəsində dünyasını dəyişib. 
Qəza zamanı xəsarət alan Cəlilabad rayon sakini, 52 yaşlı Ceyran Abışova, Masallı sakini, 56 yaşlı Eynəli Səbziyev, Sumqayıt sakini, 52 yaşlı Validə Nəcəfova və Cəlilabad sakini, 58 yaşlı Sara Qasımovanın isə müalicəsi Salyan rayon xəstəxanasında davam etdirilir. 
Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv