Daha bir azərbaycanlı ailə həlak oldu

Dünən Ukraynada daha bir azərbaycanlı ailə raket atəşi nəticəsində həyatını itirib.

 

Ukrayna Azərbaycanlıları Radasından APA-ya verilən xəbərə görə, Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.

 

Bildirilib ki, ölənlər kişi, onun həyat yoldaşı və qayınanasıdır. Onların 3 övladı isə sağ qalıb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

 

Yeri gəlmişkən qeyd edək ki, dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı Emin adlı şəxs, onun xanımı və iki övladı da həlak olub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv