Daha bir dəm qazı faciəsi - BU DƏFƏ ZAQATALADA
Zaqatalada 61 yaşlı kişi dəm qazından boğularaq ölüb.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Çökək kəndində qeydə alınıb.
Kənd sakini - 61 yaşlı Ömərxan Mollamohuma oğlu Makarovun meyiti yaşadığı evin vanna otağında aşkar edilib. Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.