16:26 29 noyabr 2022 461
Ana səhifə Xəbərlər

Daha bir direktorun SƏS YAZISI: "Dərsə gəlməmək 10 manatdır"

Azərbaycanda daha bir məktəbin direktorunun səs yazısı yayılıb. 

 

Ağsu rayon Xəlilli kənd orta məktəbinin direktoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin İsmayıl adlı müəllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edir. 

 

Səs yazısında Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən İsmayıl müəllimdən qalan 5 manatı da istəyir. 

 

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Anar Osmanov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın