Daha bir tədris müəssisəsi bağlandı

Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.

 

APA TV-nin məlumatına görə, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

 

Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək. 

 

Müəllif | Apa.Tv
Apa.tv