Daşkəsən sakini kimyəvi məhluldan zəhərləndi

Daşkəsəndə qadın dərmandan zəhərlənib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Qabaqtəpə kəndində 1961-ci il təvəllüdlü Almaz Əkbərova bilmədən mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən "Niastol" adlı kimyəvi məhlulu içib.

 

Dərhal xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv