Daşkəsəndə ana övladlarına bıçaqla xəsarətlər yetirib

 

Daşkəsəndə ana uşaqlarına bıçaqla xəsarətlər yetirib.

APA TV-nin qərb bürosunun məlumatına görə, bu barədə uşaqların babası polisə xəbər verib.

Rayon sakini Saday Əlirzayev qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv