Daşkəsəndə yaşlı qadının boynu qırıldı

Daşkəsən sakini ehtiyyatsızlıqdan xəsarət alıb.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayon mərkəzində - İsmət Qayıbov küçəsində qeydə alınıb.

Rayon sakini - 1955-ci il təvəllüdlü Cəfərova Rəfiqə Haqverdi qızı yaşadığı evdə yıxılıb. Xəstəxanaya çatdırılan qadına boyunun sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, qadının vəziyyəti ağır olduğundan paytaxta göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv