Daşkəsənə qar yağıb
Daşkəsənə ilk qar yağıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, gecə saatlarından etibarən rayonun dağlıq ərazilərinə, həmçinin Əmirvar kəndinə qar yağmağa başlayıb.
Kənd sakinlərinin sözlərinə görə, qarın hündürlüyü 4 sm-ə yaxın olub.
Hazırda rayon ərazisində sulu qarla müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.