Daxili Qoşunların hərbçisi minaya düşdü - APA TV
Daxili Qoşunların hərbçisi minaya düşdü Daxili İşlər Nazirliyinin bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində xəsarət alıb. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə bildirilib ki, xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.