Dayanacaqdakı “KİA”dan 40 min dollar OĞURLANDI

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40 min dolların oğurlanması barədə müraciət daxil olub.

 

DİN-dən APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv