Dəhşətli qatar qəzası zamanı ölənlərin sayı 46-ya çatdı

Yunanıstanda qatar qəzası zamanı ölənlərin sayı 46 nəfərə çatıb

 

APA-nın məlumatına görə, bu barədə ölkənin yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vassilis Vatrakoyannis bildirib.

 

Dünən Yunanıstanda sərnişin ilə yük qatarının toqquşması nəticəsində ağır qəza baş verib. Hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.

 

Bildirilib ki, sərnişinlərdən 270 nəfəri hadisə yerindən təxliyə edilib. Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb.

 

Onu da qeyd edək ki, yunan gəncləri Larisa şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması nəticəsində 46 nəfərin ölməsi, onlarla insanın yaralanması ilə bağlı etiraz aksiyaları keçirib.

 

Afinada gənclər Yunanıstanda bütün sərnişin və yük daşımalarını həyata keçirən İtaliyanın “Hellenic Train” dəmir yolu şirkətinin ofisinin önünə toplaşıblar.

Müəllif | Apa.Tv
Apa.tv