Dəhşətli qətlin yeni DETALLARI
Bakıda ana və onun övladlarını qətlə yetirən Əhəd Əliyevlə bağlı daha bir təfərrüat məlum olub.
APA TV xəbər verir ki, əslən Sabirabad rayonundan olan Əhəd Əliyevin 7 il öncə Saatlı rayon Novruzlu kənd məktəbində direktor vəzifəsində çalışdığı üzə çıxıb.
Onun həmin dövrdə məktəbdə yeyintilərə yol verdiyi üçün işi məhkəmədə olub. Əhəd Əliyev dəyən ziyanı ödədiyi üçün Məhkəmə onun işinə xitam verib və tutduğu vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İkin məlumata görə, qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb