Dekabrda mart havası - TEMPERATUR YÜKSƏLİR

Bakıda və Abşeron yarımadasında dekabrın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumatın görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 17-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər ayrı-ayrı yerlərdə duman, bəzi dağlıq rayonlarda isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv