Dekabrın ilk günü Azərbaycanda qar yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 1-də hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, yarımadanın bəzi yerlərində havanın temperaturu gecə 8-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.
Bölgələrdə hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-9 dərəcə isti olacaq.