Dəm qazı bu dəfə 3 uşağı yetim qoydu - ŞİRVANDA
Şirvanda 3 uşaq atası dəm qazından boğularaq ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, fakt dekabrın 1-də şəhərin Xəqani küçəsi, 24 ünvanında yerləşən evdə qeydə alınıb.
Şirvan sakini, 1970-ci il təvəllüdlü Cəfərov Qurban Əlisoltan oğlu hamamda dəm qazından zəhərlənib. Yaxınları onu vanna otağından qapını sındıraraq huşsuz vəziyyətdə çıxarıb. 48 yaşlı ailə başçısı xəstəxanaya aparılarkən keçinib.
Faktla bağlı araşdırma aparılır.