Dəm qazı yenə can aldı - SALYANDA

Salyanda ötən gün axşam saatlarında 27 yaşlı  Zəkirə Bədəlova vanna otağında dəm qazından boğularaq ölüb.

APA TV-nin məlumatına görə, hadisə Taleh Davudzadə küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Yaxınlarının ad gününə hazırlaşan bir il əvvəl bu evə gəlin gələn Zəkirə Bədəlova vanna otağında dəm qazından boğulub.  Gənc xanım həyətə düşüb və hamama gedib. Bir müddət keçib, gəlindən səs-səmir olmadığını görən  yaxınları  narahat olub. Hamamın qapısını açan zaman doğmaları  Zəkirə Bədəlovanın artıq boğulduğunu görüblər.

Hadisə yerinə təcili yardım çağrılsa da artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv