Dəm qazının növbəti qurbanı - BAKIDA
Bakıda 56 yaşlı qadın dəm qazından boğulub.
APA TV-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Kudelina Tatyana Vasilyevna vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.