Dəmiryol stansiyasında üzərində tapança gəzdirən şəxs yaxalandı
Dəmiryol stansiyasında üzərində tapança gəzdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Nəqliyyatda Baş Polis idarəsinin DəmirYol Nəqliyyatında Polisi İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Şahin Sadıqov Bül-Bülə dəmiryol stansiyasının ərazisində saxlanılıb.
Onun üzərində aparılan axtarış zamanı 1 ədəd “Makarov” konstriksuyalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar edilərək götürülüb: “Tapançanı qoyub belimə Bülbüləyə gəldim. Stansiyaya daxil olanda polislər gəldi saxladı məni. Sonra idarəyə gətirdilər. Tapançanı belimdən çıxardılar”.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davan etdirilir.