10:36 30 noyabr 2022 396
Ana səhifə Xəbərlər

Dənizdə baş verən yanğın söndürüldü

Xəbər verildiyi kimi, ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesinin 12-ci kilometrliyində yanğın baş verməsi və bir neçə vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Xəzər dənizi sahilinə yaxın ərazidə doğranmaqda olan qurğuda baş verdiyi və həmin qurğuda olan 3 nəfər vətəndaşın həyatının təhlükədə olduğu müəyyən edilib.

 

Yanğınsöndürənlər tərəfindən görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb. Eyni zamanda, dalğıc-xilasedicilərin operativ müdaxiləsi sayəsində qurğuda təhlükəli vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü İsmayılov Xəyal Natiq oğlu, 1986-cı il təvəllüdlü İbrahimov Elşən Allahverdi oğlu və 1978-ci il təvəllüdlü Həmidov Murad İkram oğlu xilas olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın