Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapılıb

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2007-ci il Şahbazlı Əmirxan Şahbaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Ə.Şahbazlının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv